Topaz Premyer Liqasının IX turu ilə bağlı AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb.
Fanat.Az xəbər verir ki, komitə qalmaqallarla yadda qalmış "Qəbələ" - "Sumqayıt" matçında baş verənlərlə bağlı aşağıdakı qərarları çıxarıb.
* "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
* "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
* Oyunun 90+2-ci dəqiqəsində "Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
* Oyunun 90+2-ci dəqiqəsində "Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunur. Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılır.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçının baş hakimi sabiq FİFA referisi Orxan Məmmədov olub. AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik bildirib ki, Orxan Məmmədov barəsində araşdırmalar aşyalıb və başa çatanadək ona təyinat verilməyəcək.
Fanat.Az