Türkiyə kubokunda 4-cü mərhələnin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, U-21 yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Giresunspor” bu gün meydana çıxıb.
Giresunlular "Gümüşhanəspor”la münasibətlərinə aydınlıq gətirib.120 dəqiqəyə hərəyə 2 top vuran tərəflərin duelində qalibi penaltilər seriyası müəyyənləşdirib. Bütün zərbələri dəqiq yerinə yetirən "Giresunspor” mərhələ adlayıb.
Kökçüyə gəlincə, milli futbolçumuz matça start "11-lik”də başlayıb. 69-cu dəqiqədə oyundan alınan yığma üzvü meydanı hesab 2:2 olarkən tərk edib.
Fanat.Az