16:49 03.11.2018 1154

FIFA prezidentinə ağır ittiham - AÇIQLAMA

FIFA prezidenti Canni İnfantinoya qarşı ağır ittiham irəli sürülüb.

Fanat.Az xəbər verir ki, bu barədə yazını Almaniyanın "Spiegel” jurnalı "Football Leaks” onlayın-platformasının məlumatları əsasında dərc edib. 

İddia olunub ki, İnfantino UEFA-da baş katib vəzifəsində çalışdığı vaxt maliyyə feyr-pley qaydalarını pozan "Mançester Siti” və PSJ-yə mümkün cəzadan yayınmaq üçün yardım edib. Yaxın Şərqin ən zəngin iş adamlarının sahib olduğu hər iki klubda 2011-2013-cü illərdə ciddi büdcə açığı aşkarlanıb. PSJ sözügedən illərdə Qətərin Turizm Nazirliyi ilə bağlanmış sponsorluq müqaviləsinə əsasən, illik 215 milyon avro gəlir götürüb. UEFA mütəxəssisləri isə anlaşmanın real bazar qiymətini cəmi 2,8 milyon avro olaraq dəyərləndiriblər. 

"Mançester Siti”nin isə 2011-2013 aralığında illik zərəri 233 milyon avro təşkil edib. Bu isə UEFA-nın kluba qoyduğu 45 milyonluq limitdən 5 dəfə çox olub. İnfantinonun hər iki klubun pozuntularından xəbərdar olduğu iddia olunur.

Qaydalara əsasən, hər iki komanda Çempionlar Liqasından kənarlaşdırılmalıymış. Fransızların cəzadan yayınmasına UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və İnfantino kömək ediblər. "Mançester Siti”nin pozuntularını ört-basdır etməkdə isə təkcə qurumun sabiq baş katibinin əli olub. O, FIFA-dakı vəzifəsinə baxmayaraq, klubların maraqları üçün mübarizə aparıb. İnfantinonun klub rəhbərləri ilə görüşərək, gizli məlumatları müzakirə etdiyi və qanunsuz olaraq onlara güzəştli şərtlər təklif etdiyi iddia olunur.

Nəhayət, 2014-cü ildə PSJ və "Mançester Siti” UEFA ilə razılığa gəlib ki, bunun da klublara heç bir mənfi təzyiqi olmayıb. Qısa müddətdən sonra isə hər iki klubla bağlı araşdırma aparan maliyyə feyr-pley komitəsinin rəhbəri şotlandiyalı Brayan Kuinn öz vəzifəsindən ayrılıb.

Artıq FIFA ittihamlarla bağlı bəyanat yayıb. Ali futbol qurumu İnfantinonun "Mançester Siti” və PSJ-yə cəzadan yayınmaqda kömək etmələri barədə iddiaları rədd edib. Bildirlir ki, dərc olunan məlumatlar FIFA-nın yeni rəhbərliyinə inamı sarsıtmaq məqsədi güdür: "FIFA-da islahatları qətiyyətlə həyata keçiririk. Ona görə də ciddi, xüsusən də əvvəl yer aldıqları sistemdə utanmadan qazanc götürən, indi isə bunu edə bilməyənlərin müqaviməti ilə rastlaşacağımızı öncədən də bilirdim. Ona görə də FIFA-nın prezidenti seçilmişəm və yalnız bütün dünyada futbolun inkişafına və yaxşılaşdırılmasına köklənmişəm".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X