22:10 03.11.2018 1278

Qurban Qurbanov: "Ssenarini kim yazıbsa, bunu bilmirik"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının X turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı.

- Son dəqiqələrdə Kintananı meydana buraxdınız. Onu Poltavadakı görüşdə də görə bilərik?
- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra "18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.

- Uğursuzluq seriyasına bu arenada son qoydunuz. Oyunun gedişində düşünmədiniz ki, kaş avrokubok matçlarını da burda keçirəydik?
- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burda kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss etsinlər. Bura bəlkə daha çox öyrəşiblər. İnşallah, gələn il bir qərar qəbul edərik. Demirəm ki, burda oynasaydıq, fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.

- "Neftçi”ni keçə bilərsinizmi?
- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunumuz var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Qarşımıza məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda "Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.

- Bu gün heyəti Poltavadakı görüşü düşünərək qurdunuz?
- Xeyr, daha çox bugünkü oyunu düşünərək.

- "Neftçi” ilə oyundan sonra demişdiniz ki, söz-söhbət gəzir ki, çempionluqdan yorulmuşuq. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, "Qarabağ” geri çəkilib, "Neftçi” çempion olacaq...
- Xeyr, belə bir şey yoxdur. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdur. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik, nə siz, nə mən. Bizim neçə illərdir məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdır.

- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...
- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz "Qarabağ”dan gözləməyib, kimdən gözləməlidir? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.

- Gərginlikdən danışdınız. Amma bu gün meydanda daha rahat görünürdüz. Bəlkə bu stadion sizə düşür?
- Düşər-düşməz barədə heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidir. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya Stadionu gözəl arenadır. "Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş "Tofiq Bəhramov”da olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdır. Azarkeşin, mətbuatın tələb etmək borcudur. Biz də bunu normal qəbul edirik. (Qol.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:23

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

Facebookdan bizi izləməyi unutmayın.
X