Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu"Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi "Karabükspor”un qonağı olub və 2:0 hesablı zəfərə sevinib.
Ufuk start "11-lik”də yer alıb və sona qədər tər töküb.
Geridə qalan turlarda 26 xal yığan "Boluspor” turnir cədvəlində 18 iştirakçı arasında ikincidi.
Fanat.Az