Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Pribram”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Start "11-lik"də meydana çıxan Nəbiyev 89-cu dəqiqədə əvəzlənib. Komandasının qollarının ikisini Fərid vurub. O, hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qoluna imza atıb.
"Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədədi.
Fanat.Az