Topaz Premyer Liqasında X turun ən yaxşı futbolçusu məlum olub.
Fanat.Az xəbər verir ki, "İnStat”ın təhlilinə əsasən, bu, "Qarabağ”ın futbolçusu Simoen Slavçevdi. "Sumqayıt”a qarşı keçirilən oyunda 90 dəqiqə meydançada olan bolqarıstanlı yarımmüdafiəçi özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Araşdırmalara əsasən o, turun ən yüksək indeksə malik olan futbolçusudu.
Qeyd edək ki, "Qarabağ"ın 2:0 hesabı ilə qalib gəldiyi oyunda "Sumqayıt"ın qapısından ilk qolu məhz Slavçev keçirib.
Fanat.Az