Azərbaycan Kubokunda 2018/19 mövsümünün püşkü noyabrın 14-də atılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə qol.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, kubokda 12 komanda mübarizə aparacaq. Bunlar 8 Premyer Liqa təmsilçisi ilə yanaşı, I diviziondan "Kəpəz", "Qaradağ Lökbatan", "Ağsu" və "Şüvəlan" klublarıdı.
Ölkə kuboku dekabrın 6-da, 1/8 final mərhələsindən start götürəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq. İlkin mərhələdə Premyer Liqanın 4 klubu istirahət edəcək. Həmin komandalar mübarizəyə 1/4 finaldan başlayacaqlar. Bu mərhələdə isə qalibi ev (15-16 dekabr) və səfər (19-20 dekabr) matçları müəyyənləşdirəcək.
Qeyd edək ki, ölkə kubokunun finalı mayın 19-da olacaq.
Fanat.Az