"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar”ın rəqibi Almaniya çempionu "Herta” olub. Hesabı 65-ci dəqiqədə qonaqlardan Məhəmməd Kiprit açıb. 6 dəqiqə sonra Jessik Nqankam fərqi artırıb. 74-cü dəqiqədə hakim "Herta"nın qapısına penalti təyin etsə də, Samir Qurbanov şandan yararlana bilməyib. 85-ci dəqiqədə Ruven Vertmüller komandasının 3-cü qolunu vurub. 3 dəqiqə sonra isə Əli Sadıxov "Qəbələ"nin təsəlli qoluna imza atıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək. Bu cütün qalibi 1/16 finalda Çempionlar Liqası Yulunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.
"Qəbələ" I mərhələdə Moldovanın "Şerif" klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə yüksəlib - 1:1, 3:1.
UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr
Qəbələ (Azərbaycan) - Herta (Almaniya) 1:3
Qollar: Əli Sadıxov, 88 - Məhəmməd Kiprit, 65. Jessik Nqankam, 71. Ruven Vertmüller, 85.
İstifadə olunmayan penalti: Samir Qurbanov, 74.
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov (9. Əli Mürsəlov, 78), 15. İdris İnqilablı, 16. Veysəl Rzayev (10. Təbriz İsazadə, 66), 17. Rauf Məhərrəmov (18. Nicat Oruclu, 88).
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov.
Baş məqşçi: Emin İmaməliyev.
Herta: 1. Luis Klatte, 9. Jessik Nqankam (k), 10. Miralem Ramits, 17. Castin Veber (66. Tarik Gözüşirin, 79), 18. Maksimilian Qurşke (16. Paul Krüger, 90), 19. Julian Albrext (8. Yonas Mixelbrink, 46), 24. Mateo Kastrati, 31. Sonni Ziemer, 33. Florian Baak (21. Elias Tamim, 89), 35. Florian Krebs (14. Ruven Vertmüller, 72), 36. Məhəmməd Kiprit.
Ehtiyat oyunçular: 12. Florian Palmovski.
Baş məqşçi: Maykl Hartmann.
Sarı vərəqələr: İdris İnqilablı, 74 - Miralem Ramits, 38. Luis Klatte, 72.
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan).
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro).
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan).
Qəbələ şəhər stadionu.
Fanat.Az