"Bu gün "Qarabağ”la oyunun hazırlığını bitiririk. Hər məşqdən öncə bizdən qapıya daha çox zərbə vurmaq tələb olunur”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Vorskla”nın forvardı Vladislav Kulaç deyib.
Kulaç Avroliqanın "Qarabağ”la sabah keçiriləcək oyunu öncəsi təşkil olunan açıq məşqin ardından açıqlama verib: "Məşqimiz adi qaydada keçdi. Həmişəki kimi sakit məcrada hazırlaşdıq. Xüsusi nə isə etmədik. Sabah qarşımıza qoyulan tapşırığı yerinə yetirməyə çalışacağıq”.
Fanat.Az