Poltava "Vorskla”sı Avropa Liqasının qrup mərhələsinin "Qarabağ”la oyunu ərəfəsində son məşqini keçirib.
Fanat.Az xəbər verir ki, Ukrayna təmsilçisinin 15 dəqiqəsi mətbuat üçün açıq olan məşq klubun bazasında 1 saat davam edib. Çalışmaların ardından baş məşqçi Vasili Saçko media mənsublarına danışıb: "Məşq prosesi heç də nümunəvi çıxış deyildi. Bu, əsl məşq prosesi idi. Komanda tam qüvvə ilə hazırlaşdı”.
Yüngül qaçışdan sonra toplu təmrinləri yerinə yetirən "Vorskla”nın çalışdırıcısı ikitərəfli oyuna da ehtiyac duyub. Poltavalılar "bənövşəyilər” və "qırmızılar”a bölünərək tər töküb.
Fanat.Az