"Vorskla"nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Qarabağ"la keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, futbolçu matça normal rejimdə hazırlaşdıqlarını bildirib:
"Azərbaycan səfirliyi Ukraynada yaşayan bütün azərbaycanlıları "Qarabağ"ı dəstəkləmək üçün stadiona çağırıb. Səfirlik qonaqların bu görüşdə evdəki kimi oynamasına görə belə edib. Bu, onların ciddi niyyətlərini göstərir. Oyuna adi qaydada hazırlaşırıq. Ancaq məşqçilər daha çox nəzəriyyələrə diqqət yetirir, komanda oyunu və futbolçular haqqında daha ətraflı danışılır".
Fanat.Az