Bu gecə Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan "Vorskla” – "Qarabağ” görüşündə (0:1) ağdamlılar 3 oyunluq qolsuzluğa son qoyub.
Fanat.Az-ın məlumatına görə, yeganə topu qarşılaşmanın 12-ci dəqiqəsində penaltidən vuran Araz Abdullayev 3 il sürən sükutu pozub.
Daha öncə "Neftçi”nin formasıyla avrokubok matçlarında 3 dəfə rəqib qapılarına yol tapan yarımmüdafiəçi 1218 gün öncə komandasına qolla fayda vermişdi. Vinger 2015-ci il 9 iyul tarixində rəqib meydanında Monteneqro "Mladost”unu cəzalandırmışdı.
Fanat.Az