02:18 09.11.2018 1133

Qurban Qurbanov: "Bakıda da qələbə qazanmalıydıq"

"Futbolçuları təbrik edirəm. 90 dəqiqə mübarizədən çəkinmədilər, meydanın hər yerində xarakter göstərdilər, bizim üçün çox vacib qələbə qazandılar”.

 

 

Fanat.Az xəbər verir ki, "Vorskla” - "Qarabağ” oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla”nı səfərdə 1:0 hesabıyla üstələyən "köhlən atlar” bu mövsüm bu turnirdə ilk qolunu vurub, ilk xalını və qələbəsini qazanıb. Qurbanov qələbəni belə dəyərləndirib: "Oyundan da razıyam. Futbolçularımızın hər birinə minnətdaram. "Vorskla”ya uğurlar arzulayıram”.


 

 

- Texniki zonada həyəcanlı görünürdüz. İlk yarıda hakimdən nəsə soruşurduz...
- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.


- Bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?
- Bu gün komanda matça Bakıdakından yaxşı köklənmişdi. Qələbə qazanacağımıza inanırdım. Evdə də qalib gəlməliydik. Bu gün bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı.


- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiz?
- "Sportinq” səfərdə "Arsenal”la heç-heçə edib. Həm bizim, həm də "Vorskla”nın işi çətinləşdi. Yenə də ümidimizi itirmirik. Biz sona qədər mübarizə aparacağıq.


 

- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?

- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.


 

- Üçüncü əvəzləməyə ehtiyac duymadız...
- Ehtiyac görmədim. Əvvəl müdafiəçi buraxmağı düşünürdüm, amma oyun göstərdi ki, komanda meydanda əziyyət çəkmir. 


- Halldorssonun oyunundan razı qaldınızmı?
- Bizə kömək edirsə, razı qalmalıyam. Digər futbolçulardan da razıyam.

 

 

 Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X