"Heyətdə problemlərimiz var. Bunlar bəhanə deyil, amma məğlubiyyətə təsirini göstərdi. Oyuna ciddi hazırlaşmışdıq, amma belə alındı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra deyib.
Təhsil naziri Mikayıl Cabbarov ikinci dəfə "Sabah"ın oyununu izləyib. Komanda bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzub. Elşad Əhmədov bu məqamla bağlı da danışıb: "Ayağı düşərli olub-olmadığı söhbətləri yoxdu. "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər".
Baş məşqçinin "Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi" cavabı belə olub: "Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması, itkilərimizin olması özünü göstərdi".
Fanat.Az