Hazırda ilk yarısı oynanılan "Qəbələ” – "Qarabağ” oyunundan öncə diqqətçəkən olay yaşanıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ürfan Abbasov hədiyyə alıb.
Ötən tur "Sabah”la görüşdə qırmızı-qara formada 200-cü oyununa çıxan Abbasova üzərində 200 yazılmış forma verilib. "Qəbələ”nin tarixində ən çox matça çıxan futbolçu da məhz sözügedən müdafiəçidi. Ürfan çempionatda 162, Azərbaycan kubokunda 23, UEFA Avropa Liqasında 15 dəfə "Qəbələ” formasıyla top qovub.
Fanat.Az