Topaz Premyer Liqasında XI turun rəmzi komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, rəmzi komandada "Qarabağ"dan 4, "Səbail"dən 3, "Neftçi"dən 2, "Keşlə" və "Zirə"dən isə hərəyə bir futbolçu yer alıb.
"Qarabağ"dan Filip Ozobiç, Miçel Madera, Rahil Məmmədov və "Neftçi"dən Baqali Dabo üçüncü dəfə həftənin komandasına seçiliblər. "Zirə"dən Tellur Mütəllimov, "Səbail"dən Ruslan Qurbanov və "Qarabağ"dan Bədavi Hüseynov ikinci dəfə "11-liy"ə düşüblər.
"Səbail"in qapıçısı Emil Balayev, hücumçusu Yevgeni Koçuk və "Neftçi"dən Ömər Buludov ilk dəfə rəmzi komandada yer alıb.
Qapıçı: Emil Balayev ("Səbail")
Müdafiəçilər: Tellur Mütəllimov ("Zirə"), Rahil Məmmədov ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ") Ömər Buludov ("Neftçi")
Yarımmüdafiəçilər: Yevgeni Koçuk ("Səbail"), Filip Ozobiç ("Qarabağ"), Miçel Madera ("Qarabağ"), Sertan Taşkın ("Keşlə")
Hücumçular: Ruslan Qurbanov ("Səbail"), Baqali Dabo ("Neftçi"),
Fanat.Az