Avropa çempionatının seçmə mərhələsində az öncə bitən Azərbaycan – İsrail (1:0) oyununun statistikası məlumdu.
Fanat.Az-ın məlumatına görə, ilk görüşündə darmadağına üzülən U-19 yığmamız bütün göstəricilərdə rəqibinə boyun əyib.
Yəhudilər 7 dəfə künc zərbəsindən faydalanıbsa, təmsilçimiz 3 belə imkan qazanıb. Qarşı tərəf daha çox düzgün ötürmə verib. Çərçivəyə endirilən zərbələrin sayında bu üstünlük daha böyük olub – 13:5. Yığmamızın cəmi 11 zərbə vurub ki, bu da rəqibin çərçivəyə endirdiklərindən də azdı.
Fanat.Az