"Bura qələbə arzusuyla gəlmişik. Başqa yolumuz yoxdu”.
Fanat.Az xəbər verir ki, bunu Farer adaları yığmasının 21 yaşlı hücumçusu Yakub Tomsen deyib.
Adalılar Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah yığmamızla oynayacaq. Yerli mətbuata danışan forvard qol vurmaq istəyini də dilə gətirib: "Qrup birinciliyi şansını davam etdirmək istəyiriksə, mütləq qalib gəlməliyik. Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum dərəcəsə yararlanmağa çalışacam”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları matçı 21:00-da başlayacaq.
Fanat.Az