14:23 16.11.2018 1115

Mehman Alışanov - 50!

Gənc nəslin nümayəndələri onu tanımazlar. Kimin yanında adını desək, ya çiyinlərini çəkər, ya başını sağa-sola yelləyər, ya da sadəcə, gözlərini döyərlər. Stajlı futbol azarkeşləri isə onu yaxşı xatırlayırlar. Ukrayna futbol məktəbini keçmiş, dünyaca məşhur Aleksandr Zavarov və Sergey Yuranla bir komandada oynamış, rəhmətlik Anatoli Banişevskinin «Maradona» adlandırdığı Mehman Alışanovu nəzərdə tuturam. Bu gün unudulmuş Mehmanın 50 yaşı tamam olur!

O, 1968-ci il noyabrın 16-da Mingəçevirdə, fəhlə ailəsində dünyaya gəlib. Futbolla tanışlığı 10 yaşında əməkdar məşqçi Ənvər Nəsibovun rəhbərliyi altında başlayıb. 1982-ci ildə Ənvər müəllim 14 yaşlı Mehmanı Ukraynaya aparıb. Baxışdan keçən Alışanov Voroşilovqradın (indiki Luqansk) «Zarya» komandasının futbol məktəbinə (idman internat məktəbi) qəbul olunub. SSRİ və Kiyev «Dinamo»sunun əfsanəvi futbolçusu Aleksandr Zavarovla komanda yoldahı olub, 2011-12-ci illər mövsümündə  Zaqatalanın «Simurq» komandasının baş məşqçisi kimi tanıdığımız, SSRİ və Rusiya yığmasının üzvü, tanınmış futbolçu Sergey Yuranla bir sinifdə oxuyub. 17 yaşına kimi «Zarya»nın müxtəlif yaş qruplarında çıxış edib, əvəzedici komandaya kimi yüksəlib. İstedadlı gənc 1985-ci ildə Mingəçevirin «Avtomobilçi» komandasını çalışdıran Anatoli Banişevskinin diqqətini cəlb edib. «Banya» yoldaşlıq oyununda 1 hissə meydanda olan Mehmanı israrla komandasında saxlayıb. «Avtomobilçi»də yarımmüdafiənin mərkəzində yer alan Alışanov oyunu və texnikası ilə qısa zamanda nəinki Banişevskinin, bütün Mingəçevir azarkeşlərinin qəlbini fəth etməyi bacarıb. Hətta Banişevski ona ləqəb də qoyub – «Maradona»!

1986-cı ilin dekabrında hərbi xidmətə yollanan «Maradona» 2 il sonra vətənə dönüb. O vaxt artıq, «Avtomobilçi» dağılmışdı, Banişevski isə Azərbaycandan kənarda çalışırdı. Bir müddət «Kəpəz»də çıxış edən Alışanov daha sonra «Qarabağ»a keçib. Müstəqilliyimizi «Qarabağ»da qarşılayıb. 6 il Ağdam klubunun şərəfini qoruyan Alışanov müxtəlif vaxtlarda «Kür», «Şəmkir», «Viləş» və «Turan»da çıxış edib. Milli çempionatlarımız tarixində ümumilikdə 155 oyunda iştirak edib, 19 dəfə fərqlənib. 2008-ci ildə 1-ci Divizionda çıxış edən «Energetik» onun oynadığı son komanda olub. Başqa sözlə, karyerasını 40 yaşında «40-ı» çıxmış komandada bitirib.

Mehman müəllimlə şəxsən tanış olmasam da, onunla bir yerdə oynamış, oturub-duran insanlardan haqqında daim xoş sözlər eşitmişəm. Sərgilədiyi futbola isə söz ola bilməzdi. Bunu təkcə dost-tanış yox, azarkeşlər də təsdiqləyər. Peşəkar futbolla vidalaşdıqdan sonra bir müddət uşaq futbolçunda məşqçilik edən, hazırda işsiz olan yubilyara arzumuz uzun ömür, can sağlığıdır! Bunlar şablon təbriklərdir. Ən böyük arzumuz isə böyük futbolun yenidən Mingəçevirə qayıtması və veteran futbolçunun işsiz qalmamasıdı. Məncə, Mehman müəllimin özünün də istəyi budur. Deyilmi, «Maradona»? 

İlqar Tağıyev
"Het-trik news" qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
14:31

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X