15:29 16.11.2018 1012

10 yaşlı "Qol.az"ın redaktoru: "İdman jurnalistlərinin işi daha ağırdı"

Sabah Qol.az idman portalının 10 yaşı tamam olur. Portal 2008-ci il noyabr ayının 17-dən fəaliyyət göstərir. Qol.az Azərbaycan idmanında baş verən ən son yenilikləri işıqlandırır, Azərbaycan və dünya futbolunun tanınmış simaları ilə müsahibələr yayımlayır. Sayt gün ərzində 50-dən çox material (xəbər, yazı, müsahibə) dərc edir. 

Modern.az saytının əməkdaşı Qol.az-ın redaktoru Aydın Bağırovla söhbətləşib. Həmin müsahibəni sizə təqdim edirik:

- Qol.az hansı zərurətdən yaranmışdı?
- Zərurət deyəndə ki, bizim Qol.az saytı "5 Media” MMC-nin tərkibinə daxildir. Onun təsisçisi Mirhacib Məciddir. O, 2008-ci ildə Çexiyada oxuyurdu, daim məsləhətləşirdik. Belə bir ideya da onun tərəfindən gəldi. İlk olaraq biz xəbər saytı açmaq istəyirdik, sonra idman saytı açmaqla bağlı fikirləşdik və sonda futbol saytı yaratmağı qərarlaşdırdıq. Onun ideyası mənim üçün maraqlı gəldi və bu ideyanı gerçəkləşdirdik. 10 ildə də davamlı olaraq çiyin-çiyinə verib addımlayırıq. Mən hesab edirəm ki, bu gün Mirhaciblə mən Azərbaycan mediasının ən uğurlu tandemlərindən biriyik, bir-birimizə etibar edirik, güvənirik. Ən əsası da hər zaman bir birimizə dəstək veririk.

- Saytın 10 yaşı tamam olur. Bu 10 ildə Qol.az Azərbaycan mətbuatında istədiyi yeri tuta bilibmi?
- Qol.az-ın mətbuatdakı yerini saytın reytinqi göstərir. Bu gün Qol.az saytı Azərbaycanın ən reytinqli idman saytıdır. Gündəlik 18-20 min sabit İP-si var. Burada sevindirici cəhət odur ki, biz bu reytinqi qalmaqallarla, yalanlarla qazanmamışıq, öz əziyyətimiz hesabına əldə etmişik. Hər zaman ciddi yazılar olub. Mediadakı pərakəndəliyin Qol.az-a inteqrasiya etməsinə imkan verməmişik. Saytımızın bu gün nüfuzu var, yüksək reytinqi var. Mənə elə gəlir ki, bunlar bir sayt üçün 10 illik mərhələdə yaxşı göstəricidir.

- Saytda əsasən futboldan yazırsınız, Azərbaycan futbolunun bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan futbolundan danışası olsaq, gərək 10 gün söhbətləşək. Problemlər çoxdur, danışmaqla bitməz. Biz bu 10 il ərzində həm futbolda, həm də digər idman sahələri ilə bağlı problemlərdən yazmışıq. Bu problemləri hər zaman işıqlandıracağıq ki, nəzər salıb səhvlərini düzəltməyə çalışsınlar. Bu, media olaraq bizim vəzifəmizdir və missiyamıza hər zaman davam edəcəyik.

- Gələcəkdə oxucularınızın qarşısına hansı yeniliklərlə çıxmağı planlaşdırırsınız?
- Yeniliklər deyəndə ki, bu gün mətbuatda yeniliklər etmək sırf maddi imkanlara bağlıdır. Bildiyimiz kimi, reklam bazarı zəifdir. Əgər reklam bazarı yaxşı olsa, onda biz yeniliklərlə oxucularımızın qarşısına çıxarıq. Yəni bu məsələ sırf maliyyə imkanlarına bağlıdır.
 
- Qol.az-ın komandası necə neçə nəfərdən ibarətdir?
- Komandamız 7 nəfərdən ibarətdir.

- Komandanızı necə dəyərləndirirsiniz?
-  Saytın inkişaf etməsində rəhbərliklə yanaşı,  kollektivin də önəmli rolu var. Onlar gecə-gündüz işləyirlər. Digər saytların nümayəndələri saat 12-də yatırlarsa, idman saytının əməkdaşları yuxularına haram qatıb işləyirlər. Gündə 10-12 saat işləyirlər. Komandamız çox fədakarçasına çalışır, mən onlara təşəkkür edirəm ki, bu yükün  altına giriblər.

- Sizi rəqiblərinizdən fərqləndirən əsas cəhət hansıdır?
-  Qol.az-da ciddi yazıların olması, reytinqdə öndə olmağımız bizi fərqləndirən cəhətdir. Amma bizim digər həmkarlarımızdan da ortaya yaxşı iş qoyanlar var. Bəzi saytlar var ki, biz onlarla sağlam rəqabət aparırıq. Bu da həm bizim, həm də rəqabət apardığımız sayların inkişaf etməsinə səbəb olub.

- İdman jurnalistikasının özəllikləri nədir?
- Ümumiyyətlə, jurnalistikada müəyyən problemlər var. Mətbuatı aidiyyəti olmayan insanların bu sahədə olduğunu görürük, bu, idman jurnalistikasında da var. Amma idman jurnalistikası kiçik bir sahədir. Faiz göstəricisi ilə götürsək, burada qeyri-peşəkarların sayı nisbətən azdır. Azərbaycanda kifayət qədər peşəkar idman jurnalisti var. Qol.az-ın jurnalistləri, elə mənim özümün də yazdıqlarım cəmiyyətdə maraqla qarşılanır. Bizim yazılarımız klublara, federasiyalara təsir edir. İdman jurnalistlərini digər jurnalistlərdən fərqləndirən cəhət idman üçün gecə və gündüz fərqinin olmamasıdır. Elə olur ki, futbolla və digər idman yarışları gecə saatlarında davam edir. İdman jurnalisti saat fərqi olmadan həmin yarışları, çempionatları diqqətlə izləyir və oxuculara çatdırır. İdman jurnalistlərinin işi daha ağır olur.

- Saytın 10 yaşını necə qeyd etməyi düşünürsünüz?
- Saytımızın 10 yaşı ilə bağlı keçirəcəyimiz tədbirdə klub, federasiya nümayəndələri və media nümayəndələri olacaq. Belə bir ziyafətimiz nəzərdə tutulub.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:56

Ramiz Məmmədovun yeni iş yeri bilindi

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X