Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, "Astana Arena”da keçiriləcək "Astana” (Qazaxıstan) - "Dinamo” (Kiyev, Ukrayna) oyununun hakim-inspektoru olacaq. Görüş noyabrın 29-da olacaq.
Qeyd edək ki, "Astana"da milli komandamızın üzvü, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol