15:24 24.11.2018 1000

London derbisi və “Barsa”nın Madrid səfəri “Topaz”da

Proqnozsevərlərin ən çox sevdiyi, gərgin "iş başında" olduğu günlərdən biridir. Onlar üçün dünyanın müxtəlif nöqtələrində oynanılan 400-ə yaxın qarşılaşmaya mərc etmək imkanı var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün öz müştərilərinə 363 matç təklif edir. Bu görüşlərdən 100-dən artığına canlı, 45-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Günün maraqlı görüşlərindən bir neçəsini diqqətinizə çatdırırıq.

 

"Atletiko” Madrid - "Barselona" (kod 107, saat 23:45)


La Liqanın lideri "Barselona" cəmi 1 xal qabaqladığı "Atletiko"nun qonağı olacaq. Madrid klubu qalib gələcəyi halda, zirvəni ələ keçirə bilər, bir şərtlə ki, 2-ci sıradakı "Sevilya" da bu tur xal itirsin. Dieqo Simeonenin komandasının arxada qalan 12 turda cəmi 1 məğlubiyyəti var ki, onun üstündən 3 aya yaxın vaxt keçir (1 sentyabrda "Selta"ya məğlubiyyət). "Barsa" isə ötən tur doğma "Nou Kamp"da "Betis"ə uduzub (3:4). Statistikada digər maraqlı məqamlar da var. Məsələn, "Atletiko" La Liqada "Barsa" üzərində sonuncu ev qələbəsini 8 il əvvəl qazanıb. Amma ötən müddətdə 2 dəfə Çempionlar Liqasında katalonları öz meydanında məğlub edə bilib (2014-də 1:0, 2016-cı ildə 2:0). Axşamkı matçda "Atletiko"da zədə səbəbindən Dieqo Qodin oynamayacaq. "Barselona"da isə Rakitiç cəzalı, Vermalen və Koutinyo zədəlidir. "Topaz"da La Liqa "nəhənglər”inin budəfəki qarşılaşmasına həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Atletiko"nun qələbəsi 3.00, heç-heçə 3.20, "Barselona"nın qələbəsi 2.20.


"Tottenhem" - "Çelsi" (kod 100, saat 21:30)


Həmişəki kimi, budəfəki London derbisi də maraqla gözlənilir. Prinsipial rəqiblər hazırda turnir cədvəlində qonşudur. "Çelsi" 28 xalla 3-cü, bir xal az toplayan "Tottenhem" isə 4-cü yerdədir. "Zadəganlar" "Mançester Siti" və "Liverpul"la yanaşı, bu mövsüm Premyer Liqada uduzmayan 3 komandadan biridir. "Tottenhem" isə son 4 oyunun hamısını udub. Bu, tərəflərin 152-ci dueli olacaq. İndiyə qədərki oyunların 48-də "Tottenhem", 66-da isə "Çelsi" qalib gəlib. 37 duel "sülh"lə bitib. "Çelsi"də axşamkı matç ərəfəsində ciddi itki olmasa da, "Tottenhem"də vəziyyət fərqlidir. Dembele, Yanssen və Sançes zədə səbəbindən heyətdə olmayacaq. "Topaz"da London derbisinə bu əmsallarla mərc edə bilərsiz: "Tottenhem"in qələbəsi 2.70, heç-heçə 3.20, "Çelsi"nin qələbəsi 2.40.


Bu görüşlərlə yanaşı, "Topaz"da "Udineze" - "Roma" (saat 18:00), "Maynts" - "Borrusiya” Dortmund (saat 18:30), "Mançester Yunayted" - "Kristal Pelas" (saat 19:00), "Kan" - "Monako" (saat 23:00) və digər oyunlara da "təkli" mərc etmək mümkündür.


Həftəsonu istirahəti qazancla başa vurmaq istəyirsizsə, intuisiyanıza güvənərək "Topaz"da mərc edin. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya "www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.



Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X