Almaniya II Bundesliqasında XIV turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Erzgebirge” də növbəti oyununu keçirib.
Aue təmsilçisi səfərdə "Bohum”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar yığmamızın düşərgəsində olmuş Nazarov matça ehtiyat oyunçular skamyasından baxıb.
Qeyd edək ki, 14 oyundan sonra hesabında 14 xal olan "Erzgebirge” turnir cədvəlinin 13-cü pilləsindədi.
Fanat.Az