22:00 24.11.2018 1388

"Qarabağ"ın çalışdırıcısı: "Məsləhət vermək ən asan işdi"

"Ağır oyun idi. "Sabah” çox yaxşı müdafiə olundu”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözlər "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.


Topaz Premyer Liqasının XII turunda "Sabah”ı qəbul edən Ağdam təmsilçisi 1:1 hesablı bərabərliklə kifayətlənib.


Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Hücum planında bəzi çətinliklər hiss olunurdu. Millidən və avrokubok oyunlarından sonra müəyyən çətinliklər var”.



-Kosovoya məğlubiyyət, bu gün heç-heçə... "Sportinq”lə görüşdə çətinlik olmayacaq?

- Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını hesab etmirəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.


- Elxan Məmmədovun bu gün sizinlə kənarda söhbət etməyi sürpriz oldu. Sirr deyilsə, nədən danışdınız?

- Çempionat oyunlarının hamısında iştirak edir. Bir yerdə işləyirik. Söhbətimiz barədə ətraflı danışmağım düzgün olmaz.


- Tərlan Əhmədov Kamranla bağlı verilən suala cavabında bildirdi ki, milli bir oyunçudan asılı deyil və bizim dövrümüzdəki futbol indikindən daha yaxşı idi. Buna münasibətiniz necədi?

- Neçə illərdi futboldayam. Belə təxribatlardan uzaq olmaq istəyirəm. Həmişə öz işim barədə düşünməyə və qiymət verməyə çalışmışam. Həmin dövrlərdə bir yerdə oynamışıq. Nəticələr statistikada görünür. Pis başa düşməyin, amma bu açıqlamanı özüm oxusam, daha dolğun cavab verə bilərəm. Belə hallarda fikir bildirənlər daha çox olur. 3-4 il əvvəl futbola zərbə gəldi. Əvvəlki çempionatlarımızı yadınıza salın. Ölkədə devalivasiya oldu, komandalara təsirsiz ötüşmədi. Yenə də nəticələrimizi qorumağa çalışmışıq. Bir az uğursuzluq olan kimi, fikir bildirənlər də artır. Həmişə demişəm ki, hərə öz işini daha da yaxşılaşdırsa, futbolumuz üçün faydalı olar. Kiminsə futbolunu müzakirə etməmişəm. Çalışmışam hamını tərifləyim, arxasında durum. Xüsusən də, öz məşqçilərimizin. Məsləhət vermək ən asan işdi. Çalışıb birlik yaratmalıyıq. Heç kim haqda pis fikirdə olmuram. Vəzifəm vətənimə xidmət etmək və işimi layiqincə yerinə yetirməkdi. Mən də bunun üçün çalışıram. Futbolda kimlər məğlub olmayıb ki, 5-10 illik uğurdan sonra oyununda eniş yaranmayıb ki?


- Bu gün rəqibin qolundan sonra Rəşad Sadıqov və Elçin Rəhmanov hakimə etiraz edirdilər. Siz isə sakit davranırdınız. Hakimliklə razı olduğunuz üçün etiraz etmirdiniz?

- Həm hakimlik, həm də futbolçular baxımından gərgin oyun oldu. Futbolçular da emosiyalarını saxlamaya bilərdilər. Əksinə, belə oyunlarda səbrli olmaq lazımdı. Oyunun gedişində öz fikirlərimi bildirdim. Belə hallar vaxt itirməkdi. Mən də fikir bildirsəm, çılğınlıq göstərsəm, hakim yanıma gələr, 2-3 dəqiqə itirərik. Rəqib vaxtı gecikdirirdi, tempi aşağı salırdı. Belə hallarda hakimin üzərinə çox yük düşür.


- Sizə millidə müdaxilə olub-olmaması ilə bağlı azarkeşlərdə narahatlıq var. Onlara deyiləcək sözünüz varmı?

- Azarkeşlər futbolumuzla bağlı nə qədər narahatdılarsa, mən daha narahatam. Onlar futbolumuzun uğurunu istəyirlər. Bir yerdə çətinliklərdən çıxmalıyıq. Bütün idman növlərində məğlub ola bilərik. Böyük ölkələrdə keçirilən oyunları hamı izləyir. Çalışıb öz işimizi görməliyik. Bizim də iş saatımız az deyil. Çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Arxayın ola bilərlər ki, oyunumuz, nəticələrimiz yaxşı olması üçün hər şeyi edirik.


- Qurban Qurbanov azarkeşlərin etimadını millidə doğrulda bilirmi?

- Yenə deyirəm, çox vaxt ayırıram ki, işimiz uğurlu olsun. Günümün çox hissəsini futbola ayırıram.


- Son olaylardan sonra təzyiq hiss etmirsiz və bunun işinizə nə dərəcədə təsiri olur?

- Məşqçilikdə təzyiqlər mütləq olur. Bunlara da düzgün reaksiya verməlisən. Desəm ki, yox, yalançı olaram. Məni ən çox futbolçulara olan təzyiq narahat edir. Onları matça hərtərəfli hazırlaya bilərəm. Amma meydanda çalışırıq bu təzyiqi hiss etməsinlər, sərbəst olsunlar. Bütün dünyada belə hallar olur. Xüsusən də, məğlubiyyətdən sonra. Çətin olmasına baxmayaraq, vəziyyəti stabilləşdirməyə çalışıram.

 

Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X