Bu gün İran çempionatında Təbrizin "Traktorsazi” klubu Tehran təmsilçisi "Persepolis”in qonağı olub.
Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub. Belə ki, azərbaycanlı azarkeşlər matçın startından 2 saat əvvəllər "Traktorsazi” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.
Oyun 0:0 hesabı ilə başa çatıb. "Traktorsazi” 13 oyundan sonra 23 xalla turnir cədvəlinun 3-cü, "Persepolis” isə 11 matçdan sonra 21 xalla 4-cü pilləsində qərarlaşıb. (publika.az)
Fanat.Az