"Sportinq" "Qarabağ"la Avropa Liqasının matçı üçün Bakıya 18 futbolçu gətirəcək.
Fanat.Az xəbər verir ki, Portuqaliya klubunun baş məşqçisi Marsel Kayzer 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.
Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün görüşü buraxacaq, Fredi Montero və Rafinya tam olaraq hazır deyil. IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb.
Bundan başqa sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, "Sportinq" Bakıya bu axşam gələcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21.55-də başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol