"Bizim üçün çox önəmli matçdı. Qələbə qazanacağımız halda şanslarımızı saxlamış olacağıq. Bu möhtəşəm stadionda oynamaq bizim üçün xoşdu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
34 yaşlı islandiyalı qolkiper bildirib ki, komandasının qrupdan çıxması mümkündü: "Futbolda hər şey baş verir. Qələbə qazansaq, böyük addım atmış olacağıq. Qarşıda iki matç var. Yəni, şansımız da var".
Halldorsson "Sportinq”lə matçda qəhrəman olmaq deyil, yaxşı nəticə qazanmaq haqda düşündüyünü bildirib: "Ümumiyyətlə, qəhrəman olmaq üçün məşqlərdə əlindən gələni etməlisən. Mən buna köklənmirəm ki, sabah kim qəhrəman olacaq. Əsas odu ki, öz işini düzgün görüb, yaxşı nəticə qazanasan. Başqa komanda yoldaşın da qəhrəman ola bilər”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol