Portuqaliya Sequndasında XI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” səfərdə "Benfika”nın B komandası ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Eştoril” 11 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol