Türkiyənin 1-ci liqasında XIV tur davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi” doğma meydanda "Karabükspor”la qarşılaşıb. "Milliləşdirilmiş" futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:0.
O, start heyətdə meydana çıxan və sonadək oynayan Yılmaz qollardan ikisinə imza atıb. O, 25 və 76-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Millimizin sabiq forvardı daha iki qolda da məhsuldar ötürmə müəllifi olub.
"Gənclərbirliyi” hazırda 34 xalla 18 kollektiv arasında 1-cidi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol