10:56 02.12.2018 1230

"Neftçi" azarkeşləri "Əlincə Arena"ya ziyan vurub

Dünən keçirilmiş "Sabah” - "Neftçi” oyunu zamanı bir neçə xoşagəlməz hal yaşanıb.
 
Fanat.Az xəbər verir ki, rəqib komandanın azarkeşləri oyunboyu təhqiramiz ifadələrə yol verməklə yanaşı, qarşılaşmanın keçirildiyi "Əlincə Arena”ya maddi ziyan vurublar. "Sabah”ın mətbuat katibi Elnur Həmidovun baş vermiş xoşagəlməzliklə bağlı fikirlərini təqdim edirik:

"İlk növbədə onu vurğulayım ki, hər bir rəqibimizə olduğu kimi, "Neftçi” futbol klubuna da hörmətlə yanaşırıq. "Neftçi”nin futbol tariximizdə xüsusi yeri var. Bu klubda nəsildən-nəsilə keçən azarkeşlik ənənəsi mövcuddur.

Ancaq çox təəssüf ki, bu gün "Sabah”la oyundakı azarkeşlik "Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə olub. Bu klubu dəstəkləmək adıyla stadiona gələn şəxslər oyunboyu xoşagəlməz davranışlarıyla diqqət çəkiblər. Onlar "Sabah” klubunun, futbolçuların, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırıblar. Masazıra futbol gətirən "Sabah” klubu yerli sakinlərin stadiona gəlməsi, futbol ailəmizə qoşulması üçün əlindən gələni edir. "Əlincə Arena”ya gələnlər arasında gənc ailələr, uşaqlar, xanımlar çoxluq təşkil edirlər. Lakin bəzi tərəfdarların xoşagəlməz davranışı, vandallıqları stadiona yeni-yeni ayaq açan azarkeşləri burdan uzaqlaşdırır. Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlərlə yadda qalıblar. Onların bu davranışı oyunun gedişində rəqibin futbolçusu Baqali Daboya da sirayət etməyə başlayıb. O, meydandan qovulan ana qədər UEFA-nın devizi olan "respect” anlayışı haqqında düşünməyi ağlına belə gətirməyib. Çox təəccüb və təəssüflə vurğulayıram ki, "Neftçi” rəsmiləri Dabonun qeyri-idman hərəkətlərini qınamaq əvəzinə, haqq qazandırıb. Bunun məntiqi nəticəsidir ki, fanatlar tribunada özlərini apara bilmirlər, azarkeş adına xələl gətirirlər.

"Neftçi” tarixdir, bu klub hazırda çempionatda liderdir. Lakin onları böyük edən nəticələri yox, futbolçusuyla, azarkeşiylə böyüklük nümayiş etdirməsi olmalıdır. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların "Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq.

Hakimliyə gəlincə, bizim də narazı qaldığımız məqamlar var. Lakin biz bunu media vasitəsiylə yox, reqlamentə uyğun şəkildə etməyi doğru hesab edirik”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X