U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Avropa nəhənglərinin maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, U-19 yığmamıza dəvəti nəzərdə tutulan Orkun üçün növbəti variant yaranıb.
"Çelsi", "Arsenal", "Tottenhem", "Fənərbaxça" və "Beşiktaş"ın maraqlandığı "Feyenoord"un futbolçusu PSJ-yə transfer oluna bilər. "Feyenoord"un U-19 komandasında 17 qol, 34 məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkən 17 yaşlı yarımmüdafiəçi atasının futboldakı əlaqələrinin də köməyi ilə bu qış Fransaya yollanmaq şansı qazanıb.
Fanat.Az