17:17 05.12.2018 2381

Azərbaycan klubları Avropa Liqasına buraxılmayacaq !

UEFA-nın İcraiyyə Komitəsi dekabrın 2-də keçirilən iclasında 2021-ci ilin yayından avrokuboklarda islahatların aparılması barədə qərar qəbul edib. Yeni turnirin yaradılması ilə bağlı avrokubokların formatında baş verəcək yeniliklər çoxları üçün qaranlıq qalıb.


Fanat.Az-ın məlumatına görə, "matç.az” saytı 2021/22 mövsümündən tətbiq olunacaq formatın detallarına aydınlıq gətirib. Yeni yaradılan və hələlik şərti olaraq Avropa Liqası-2 adlanan yarış digər iki turnirə də ciddi təsir edib.


İlkin olaraq iştirakçıların turnirlər və mərhələlər üzrə bölgüsü də müəyyənləşib. Təsdiqlənən bu bölgünün təkmilləşdirmə prosesində yalnız xırda dəyişikliklərə uğraması mümkündü. Ölkələrin bölgüdəki payı isə onların UEFA reytinqindəki mövqeyindən asılı olacaq. Bu mövqelər aşağıdakı siyahılarda dırnaq arasında göstərilib.


Kubok sahibinin avrokuboklara öz ölkəsində neçənci komanda adı ilə çıxması kimi detallar sonrakı dövrdə dəqiqləşəcək.


Çempionlar Liqası

Əslində, Çempionlar Liqasının formatı dəyişməz qalıb. Burada yeganə fərq uduzan komandaların taleyi ilə bağlıdı. Onların hansı turnirə getməsi və hansı mərhələdən başlaması digər yarışlarla bağlı bölmədə əksini tapıb.


Çempionlar yolu/İlkin mərhələ

"52-55”in çempionları – 4 komanda


Çempionlar yolu/I təsnifat mərhələsi

İlkin mərhələ qalibi – 1 komanda

"18-51”in çempionları (Lixtenşteyn istisna) – 33 komanda


Çempionlar yolu/II təsnifat mərhələsi

I təsnifat mərhələsi qalibləri – 17 komanda

"15-17”nin çempionları – 3 komanda


Liqa yolu/II təsnifat mərhələsi

"10-15”in 2-ci yer sahibləri – 6 komanda


Çempionlar yolu/III təsnifat mərhələsi

Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda

"13-14”ün çempionları – 2 komanda


Liqa yolu/III təsnifat mərhələsi

Liqa yolu/II təsnifat mərhələsi qalibləri – 3 komanda

"7-9”un 2-cisi – 3 komanda

"5-6”nin 3-cüsü – 2 komanda


Çempionlar yolu/Pley-off mərhələsi

Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 6 komanda

"11-12”nin çempionları – 2 komanda


Liqa yolu/Pley-off mərhələsi

Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 4 komanda


Qrup mərhələsi

Liqa yolu/Pley-off mərhələsi – 2 komanda

Çempionlar yolu/Pley-off mərhələsi – 4 komanda

"7-10”un çempionları – 4 komanda

"5-6”dan çempion və 2-ci yer – 4 komanda

"1-4”də ilk dörd yer sahibi – 16 komanda


 

Avropa Liqası

Yeni turnir Avropa Liqasını az qala kökündən dəyişib. 2021-ci ildən bu yarışın qrupunda 48 deyil, 32 komanda oynayacaq. Üstəlik, ilk iki təsnifat mərhələləri də ləğv olunub. Avropa Liqası III təsnifatdan başlayacaq.


Burda əsasən Çempionlar Liqasında uduzanlar oynayacaq. Vur-tut 20 klub mübarizəyə Avropa Liqasından başlayacaq. Onlar UEFA reytinqində ilk 15 yeri tutan ölkələri təmsil edəcək. 11 klub birbaşa qrupa, 9-u təsnifat və pley-offa qatılacaq.


2022/23 mövsümündən etibarən 1 yer Avropa Liqası-2-nin qalibinə veriləcək. Bu üzdən ilk mövsümdə standart klub paylanması çox cüzi dəyişikliyə uğrayacaq. Yəni ilk mövsümdə 16-cı yer də şans qazana bilər və ya birbaşa qrupa düşənlərin sayı dəyişər.


Lakin bu kiçik və yalnız bir dəfə olacaq dəyişiklik ümumi mənzərəni dəyişməyəcək. Bütün bu böyük islahatlar isə Azərbaycandan yan ötməyəcək. Əksinə birbaşa təsir edəcək.


Əvvəl 1 komandamız Çempionlar Liqasında, 3 komandamız Avropa Liqasında oynayırdı. 2021-ci ildən isə Avropa Liqasının qapıları bağlanır. Çünki hazırda UEFA reytinqində 26-cı olan Azərbaycanın 3 ildən sonra 15-ci olması, İsveçrə, Çexiya, Xorvatiya, Serbiya kimi ölkələri qabaqlaması mümkünsüz görünür.

Bir sözlə, Azərbaycan klubları Avropa Liqasından kənarlaşdırılır. Ümid ancaq onadı ki, Çempionlar Liqasındakı təmsilçimizin uduzduqdan sonra bu turnirə düşsün. Bu da artıq daha çətin olacaq. Çünki Çempionlar Liqasında heç olmasa 1 mərhələ keçməlisən ki, uduzanda Avropa Liqasında düşəsən. Yoxsa Avropa Liqası-2-yə düşmək ehtimalı olacaq.


Əsasən zəiflərin oynadığı UEFA Avropa Liqası-2-də müəyyən uğurlar qazanmaq perspektivi var. Amma turnirin qalibi olaraq Avropa Liqasına düşmək xəyaldan artıq bir şey deyil.


Avropa Liqasındakı dəyişikliklər arasında pley-offda Çempionlar və Liqa yollarının birləşməsi, həmçinin 1/16 final (keçid oyunları da demək olar) və 1/8 finala da toxunub.


Liqa yolu/III təsnifat mərhələsi

Liqa yolu/II təsnifat mərhələsində uduzanlar – 3 komanda

"13-15”in 3-cüsü – 3 komanda


Çempionlar yolu/III təsnifat mərhələsi

Çempionlar yolu/II təsnifat mərhələsində uduzanlar – 10 komanda


Pley-off

Çempionlar yolu/III təsnifat mərhələsi qalibləri – 5 komanda

Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 3 komanda

Çempionlar Liqası Çempionlar yolu/III təsnifat mərhələsində uduzanlar - 6 komanda

"7-12”nin 3-cüsü – 6 komanda


Qrup mərhələsi

Pley-offun 10 qalibi

Çempionlar Liqası pley-offda uduzanlar – 6 komanda

Çempionlar Liqası Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 4 komanda

Avropa Liqası-2-də son qalib – 1 komanda

"6”nın 4-cüsü – 1 komanda

"5”in 4-5-ciləri – 2 komanda

"1-4”ün 5-6-cıları – 8 komanda


1/16 final

Qruplarda 2-ci yeri tutanlar – 8 komanda

Çempionlar Liqasında qrupda 3-cü yeri tutanlar – 8 komanda


1/8 final

Qrup qalibləri – 8 komanda

1/16 final qalibləri – 8 komanda


 

Avropa Liqası-2

Bu da yeni turnir! 4 təsnifat mərhələsi olan və Azərbaycan kimi ölkələrin üç komandayla təmsil olunduğu klassik Avropa Liqasını xatırladan turnir. Düzdü, burada nəhəng ölkələrin təmsilçiləri daha azdı. Amma Avropa Liqasında uduzan komandalar bura gələcək. Üstəlik, Çempionlar Liqasından Avropa Liqasında düşənlər mövsüm ərzində hər üç turnirdə oynamaq imkanı da qazanacaq.


Əslində, bu 3-cü dərəcəli və digər turnirlərin kölgəsi olan, onlarda uduzanlar üçün təsəlli olan yarış Azərbaycan klubları üçün yeni üfüqlər açır. "Qarabağ”ın bir neçə dəfə güclü Avropa Liqasının qrupundan çıxmağa yaxın olduğunu nəzərə alsaq, daha zəif turnirdə 1/8, hətta 1/4 finala qədər xəyallar qurmaq olar. Təbii ki, komandalarımız "Qarabağ”ın bir neçə il əvvəl olduğu kimi güclü oynaması və püşkdən də çox şey asılıdı. Azərbaycan çempionu üçün qrupa düşmək daha asan olacaq. Çempionlar Liqasında "32-liy”ə qədər irəliləməsə, buna Avropa Liqasında, orda da alınmasa, Avropa Liqası-2-də cəhd etmək mümkün olacaq. Digər komandalarımız da 3-cü dərəcəli turnirdə 4 mərhələ adlaya bilər. "Qəbələ” iki dəfə Avropa Liqasında 4 raund adlayıbsa, Avropa Liqası-2-də bunu gerçəkləşdirmək daha asan olacaq.


Özü də nəzərə alaq ki, indiki mövqeyimiz – 26-cı yer 1 komandanın ilk raunddan azad olunması üçün yetərlidi. Azərbaycanda 2-ci komanda kubok sahibi sayılır. Kubokun qalibi 2-ci raunddan, günüş və bürünc mükafatçı 1-cidən mübarizəyə başlayacaq. Təbii ki, o vaxta qədər mövqeyimiz ciddi dəyişməsə.


Liqa yolu/I təsnifat mərhələsi

"55”in 2-cisi – 1 komanda

"52-54”ün 2-3-cüləri – 6 komanda

"30-51”nin 2-4-cüləri (Lixtenşteyn istisna) – 63 komanda

"29”un 4-cüsü – 1 komanda

Lixtenşteyn – 1 komanda


Liqa yolu/II təsnifat mərhələsi

I təsnifat mərhələsi qalibləri – 36 komanda

"29”un 2-3-cüsü – 2 komanda

"16-28”in 2-4-cüləri – 39 komanda

"13-15”in 4-5-ciləri – 6 komanda

"7-12”nin 5-ciləri – 6 komanda

"6”nın 6-cısı – 1 komanda


Çempionlar yolu/II təsnifat mərhələsi

Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində uduzanlar – 20 komanda


Liqa yolu/III təsnifat mərhələsi

II təsnifat mərhələsinin qalibləri – 45 komanda

"7-12”nin 4-cüləri – 1 komanda

"6”nın 5-cisi – 1 komanda


Çempionlar yolu/ III təsnifat mərhələsi

Çempionlar yolu/II təsnifat mərhələsi qalibləri – 10 komanda


Çempionlar yolu/ Pley-off

Çempionlar yolu/ III təsnifat mərhələsi qalibləri – 5 komanda

Avropa Liqası Çempionlar yolu, III təsnifat mərhələsində uduzanlar – 5 komanda


Liqa yolu/Pley-off

Liqa yolu/III təsnifat mərhələsi qalibləri – 26 komanda

Avropa Liqasının Liqa yolu/III təsnifat mərhələsində uduzanlar – 3 komanda

"5”in 6-cısı – 1 komanda

"1-4”ün 7-ciıəri – 4 komanda


Qrup mərhələsi

Pley-offun qalibləri – 22 komanda

Avropa Liqasının pley-offunda uduzanlar – 10 komanda


1/16 final

Qrupda 2-ci olanlar – 8 komanda

Avropa Liqası qrupda 3-cü olanlar - 8 komanda


1/8 final

Qrup qalibləri – 8 komanda

1/16 final qalibləri – 8 komanda

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

Facebookdan bizi izləməyi unutmayın.
X