Milli komandadan ayrılan Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvülyündən də gedir.
Fanat.Az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssis özü məlumat verib.
Qurbanov bildirib ki, komitə üzvləri onun qalmağını istəyib. Amma özü İcraiyyə Komitəsindən ayrılmaq və bütün diqqətini "Qarabağ"a yöləntmək niyyətindədi. Bu məsələyə komitənin fevral-mart aylarında keçirilməsi gözlənilən iclasında baxılacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol