İngiltərə Premyer Liqasında 16-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrupunda "Qarabağ”ın rəqiblərindən olan "Arsenal” da növbəti görüşdə nəyə qadir olduğunu ortaya qoymağa çalışıb.
"Haddersfild”i qəbul edən "topçular” 1:0hesablı qələbə qazanıb. 83-cü dəqiqədə Lukas Torreyra rəqib qapısına yola tapıb.
16 oyuna 34 xal yığan "Arsenal” turnir cədvəlində 4-cü pillədə yer alıb.
Oktyabrın 4-də Bakıda londonlulara 0:3 hesabıyla yenilən ağdamlılar dekabrın 13-də İngiltərənin paytaxtında cavab matçına çıxacaq.
Fanat.Az