Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın komandası "Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi "Hatayspor”un qonağı olub və 0:2 hesabıyla yenilib. Oyuna start "11-lik”də başlayan Budak 67-ci dəqiqədə sarı vərəqə alıb, matçı əvəzlənmədən keçirib.
26 xalı olan "Boluspor” turnir cədvəlində 18 iştirakçı beşincidi.