"Neftçi" futbolçusu Ömər Buludovla müqavilə müddətini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi 2021-ci mayın 31-dək paytaxt təmsilçisində çıxış edəcək. Onunla 2,5 illik yeni sözləşmə əldə olunub.
Qeyd edək ki, Ömər Buludovun "Neftçi" ilə müqaviləsi bu mövsümün sonunda başa çatırdı. Gənc oyunçu cari mövsümdə 9 qarşılaşmada iştirak edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol