"Neftçi” rəhbərliyi himayədarlarının qış transferləri üçün əlavə 1 milyon dollar vəsait ayırmasını istəyir.
Fanat.Az xəbər verir ki, "Qarabağ”la çempionluq mübarizəsində olan "ağ-qaralar” yanvarda 3 futbolçu ilə güclənmək arzusundadı. Klub rəhbərliyi Bakıya səviyyəli legionerlərin dəvət edilməsinə çalışacaq. "Yuxarılar”a göndərilən xahiş də bu məqam üzərində yazılacaq.
SOCAR-ın hansı cavabı verəcəyi isə bilinmir.
Fanat.Az