Avroliqanın qrup mərhələsinin son turunda sabah "Arsenal"ın qonağı olacaq "Qarabağ” bu gün matçın hazırlıqlarını yekunlaşdıracaq.
Fanat.Az-ın klubun saytına istinadən xəbər verir ki, ağdamlılar yerli vaxtla saat 19:00-da (Bakı
vaxtıyla 23:00) görüşün reallaşacağı "Emireyts" stadionunda son
məşqə çıxacaq. "Köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov son məşqdən 30
dəqiqə əvvəl media mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunun start fiti 00:00-da səsləndiriləcək.
Fanat.Az