"Neftçi”qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib.
FanatşAz xəbər verir ki, yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə yollanacaq komanda 5 gün sonra Rumıniyanın "Qaz Metan”, ayın 23-də isə Çexiyanın "Slovan” kollektivləri ilə qarşılaşacaq.
Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 27-dək Türkiyənin Antalya şəhərində olacaq "Neftçi” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.
Fanat.Az