Almaniyanın 3-cü Bundesliqasında XIX turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Proysen” də növbəti görüşdə gücünü sınayıb.
"Qartallar" "Jvikau”nu qəbul edib. Görüş meydan sahiblərinin 0:2 hesablı yenilgisi ilə bitib. Dadaşov zədə üzündən oynamayıb.
Qeyd edək ki, 19 oyuna 29 xal yığan "Proysen” turnir cədvəlinin 6-cı pilləsindədi.
Fanat.Az