"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, Premyer Liqanın turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matça şahid olduq.
- Cavab görüşündən nə gözləyirsiniz?
- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarzə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə gözləyək. Mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.
- Belə
başa düşdük ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makdoniyalı legioneriniz
Tome Kitanosvki ağır cəzalanacaq...
- Kitanovski olduqca ciddi cəza alacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də
əlavə. Kitanosvki artıq ayılmalıdı. Onun bu qədər vərəqə alması təsadüf ola
bilməz.
- Ölkə
mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb.
Bununla bağlı nə deyə bilərsiz?
- Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm hardan yazıb bu
məlumatı. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu
zaman göstərəcək. (Sportnet)
Fanat.Az