"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik. Çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss elədim ki, komandada görüləsi işlər çoxdu. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".
Əhmədov klub prezidenti Zaur Axundovun hakimlikdən narazı qalması ilə bağlı da suala cavab verib: "Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdı, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq varsa, boşuna olmaz".
Fanat.Az