"Neftçi” klubu 13 yaşadək futbolçulardan ibarət komandasının futbolçusu Lorenzo Mezzotero ilə 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək flaqmanın formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə görə, italiyalı oyunçu Azərbaycanda "Neftçi”dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.
Qeyd edək ki, 2017-ci ilin fevralından "Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol