"Neftçi”nin 10 yaşlı futbolçusu Lorensonun atası - Dərin Özüllər Zavodunda mühəndis qismində fəaliyyət göstərən Sercio Mezottero da Azərbaycanı tərk etməyəcək.
Fanat.Az-ın məlumatına görə, bu ay ABŞ-a köçməyi planlaşdıran italyan mühəndis oğlunun gələcəyi naminə okeanın o tayına uçmamağa qərar verib. Belə ki, 10 yaşlı futbolçu "Neftçi”də oynamaq istədiyindən ailə yaşayış yerini dəyişməyib.
Qeyd edək ki, balaca vunderkind bu gün "ağ-qaralar”la 3 illik müqavilə imzalayıb.
Fanat.Az