"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun kluba tapşırıqla götürdüyü futbolçuların çoxu Fanat.Az-ın bu haqda yaydığı informasiyadan sonra göndərilsə də, "Keşlə” tam şəkildə "ələkdən keçirilməyib”.
Bu gün redaksiyamıza etibarlı mənbədən ötürülən məlumata görə, Axundov bəzi dost-tanışlarının xahişindən keçə bilmir. Sədrin "daydaylıq etdiyi” futbolçulardan biri də Mahir İbrahimovdu. 1994-cü il doğumlu İbrahimov "dubl”da gününü keçirir. Hərdən baş məşqçi Rüstəm Əliyev gözdən pərdə asmaq naminə rəsmi oyunlarda bu yarımmüdafiəçiyə də şans verir. Daha doğrusu, "yuxarıdan” aldığı əmrə əməl edir. 24 yaşlı orta xətt oyunçusunun B komandasında heç bir perspektiv vəd etmədən yer tutması və əməkhaqqı alması faktdı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Fanat.Az