"Qəbələ"nin Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Macarıstanın "MTK Budapeşt" klubu ilə qarşılaşacaq. Oyun yanvarın 26-da keçiriləcək.
Qeyd edək ki, yanvarın 12-dən 26-na qədər Antalyada toplanış keçəcək "Qəbələ" ayın 16-sı, 20-si və 24-ü keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri dəqiqləşməyib.
Fanat.Az