Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, 2018-ci ilin son yığıncağında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
"Sumqayıt” – "Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyunun 85-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün "Sumqayıt”ı azlıqda qoyan Arif Daşdəmirov 1 matç cəzalanıb. Klub isə 200 manat cərimə ödəyəcək.
"Sabah” - "Qəbələ” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat ziyana düşüb. Matçın 83-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Sabah”ın futbolçusu Erik Ramos 1 oyun cəzalanıb, klubunu 200 manat xərcə salıb.
"Keşlə” - "Qarabağ” görüşündə qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ödəməli olacaq. Oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Yakub Jezniçak 1 matçlıq cəzalanıb, ağdamlılar 200 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub daha 800 manat ödəyəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol