"Keşlə”yə lazım olmayan Vaqif Cavadova ölkə klublarından təklif yoxdu.
Fanat.Az-ın məlumatına görə, əvvəlki vaxtlarının kölgəsini xatırladan vingerin xidməti menecerlər vasitəsi ilə Türkiyənin və Rusiyanın aşağı liqa klublarına təklif edilib. Ancaq Cavadovlar nəslinin peşəkar futbol oynayan son nümayəndəsinin önündə hələ "yaşıl işıq yanmayıb”.
Vaqif sərfəli variant tapmayacağı halda Regional Liqaya da üz tuta bilər. Belə ki, "Qarabağ”ın və millimizin sabiq forvardı Vüqar Nadirova da qucaq açmış "Baku City”nin Cavadovun son dayanacağına çevrilmək ehtimalı var.
Fanat.Az