Hollandiya NEK-ində çıxış edən Ziya Əzizov yanvarda klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Erstedivizianın digər təmsilçilərinin maraq dairəsindədi.
"Almere Siti”, "Volendam” və "Valveyk” Neymegen təmsilçisinin əsas komandasında rəsmi matça çıxmayan yarımmüdafiəçini rənglərinə bağlamağa can atır.
Ziya qışdan sonra vəziyyət dəyişməyəcəyi halda NEK-i tərk edərək sözügedən klubların birinə üz tutacaq.